AZ

Polkovnik 28 il əvvəldən danışdı: “Hücumdan sonra Elbrus Orucov minamyot batareyasını da götürüb getdi”

28 il əvvəl, 1992-ci ildə Şuşanın işğal edilməsi barədə müzakirlər hələ də səngimir. 

“Cebheinfo.az” xəbər verir ki, 811 saylı Laçın Alayının komandiri olmuş, polkovnik Arif Paşa həmin tarixlə bağlı məqamları açqılayıb.

“Radist Zulfüqar efirdə tutduğu məlumatlara əsasən, 5 saat əvvəldən Şuşaya hücüm olacağı, 3,5 saat  əvvəl isə hücumun dəqiq vaxtı barədə məlumat verir: gecə saat 2:15.

Buna baxmayaraq, hətta gecə saat 24.00 - a qədər müxtəlif hərbi hissələrdən əsgərlər kütləvi şəkildə məzuniyyətə göndərilir, alınmış məlumatlara uyğun olaraq etimal olunan hücum istiqamətləri ilə bağlı heç bir tədbir görülmür və kimlərsə tərəfindən avtomatların nişangahları çıxarılır, tank əleyhinə əl qumbaraatanlarının özləri bir yerə, mərmiləri isə tamam başqa bir yerə yığılır.

Polkovnik bildirib ki, Kosaların düşmən əlinə keçməsi isə Laçının uzaq sol cinahına təhlükə yarada bilərdi:

“Kosalarla Şuşa arasında həmin vaxt rabitə əlaqəsinin olmaması və Kosalara hücumun Şuşaya hücumdan bir neçə saat sonra başlaması isə bu addımın izahına heç bir yer qoymur!

Üstəlik Şuşa kimi mürəkkəb relyefli bir ərazini minamyotların effektif dəstəyindən məhrum etmək də heç bir hərbi məntiqə söykənmir və s. və s.”

Qeyd edək ki, Şuşa 8 may 1992-ci ildə işğal olunmuşdu.   2020-ci ilə noyabrın 8-də qəhrəman Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi.

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr