AZ

Şərur rayonunun 2 kəndinin qaz təchizatı dayandırılacaq

Naxçıvan, 8 may, AZƏRTAC

Şərur rayonunun Yengicə və İbadulla kəndlərində qaz infrastrukturunda təmir-quraşdırılma işləri aparılacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar olaraq saat 11:00-dan Şərur rayonu, İbadulla kəndinin, saat 15:00-dan isə rayonunun Yengicə kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müxbir-Nail Əsgərov
Seçilən
8
3
azertag.az

5Mənbələr