AZ

Bakıda yağış, rayonlarda dolu və qar gözlənilir

Bakıda yağış, rayonlarda dolu və qar gözlənilir

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.

AFN.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu paytaxtda gecə 12-15° isti, gündüz 20-25° isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gündüz 50-55% olacaq.

Rayonlarda şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağıntı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Havanın temperaturu rayonlarda gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda isə gecə 4-8°, gündüz 13-18° isti olacaq. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək.

Seçilən
11
28
afn.az

10Mənbələr