AZ

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Xocavənd şəhərinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Xocavənd şəhəri 57 ailə olmaqla, 206 nəfərə qucaq açıb. Şəhərdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.

Seçilən
12
10
yeniazerbaycan.com

10Mənbələr