AZ

Bakı Ağdam qatarı fəaliyyətini dayandırır Müvəqqəti

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, buna səbəb Yevlax–Bərdə dəmir yolu xəttində həyata keçiriləcək yenidənqurma işləridir.

“Bu marşrut üzrə sonuncu reyslər 9 və 10 may tarixlərində həyata keçiriləcək. Yevlax–Bərdə dəmir yolu xəttinin yenidən qurulması nəticəsində Yevlaxdan Xankəndiyə qədər uzanan müasir dəmir yolu infrastrukturu formalaşacaq”, – məlumatda qeyd edilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
icma.az

3Mənbələr