AZ

Qaradağ Lökbatan ın baş məşqçisi: “Çempionluq şansımız demək olar qalmayıb

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Təəssüf ki, taleyimiz. öz əlimizdə deyil. Çempionluq şansımız demək olar qalmayıb. "Xankəndi"nin növbəti iki oyunda xal itirəcəyi real görünmür". Bu sözləri Sport24.az-a açıqlamasında "Qaradağ Lökbatan"nın baş məşqçisi Qəzənfər Abbasov deyib.Təcrübəli mütəxəssis komandasının Birinci Liqaya yüksəlmək şanslarını dəyərləndirib:"Mövsüm ərzində qarşılaşdığımız çətinlik çox olub. Birincisi komandamızın bombardiri Tofiq Nəsibovu zədə səbəbindən itirdik. Yanvardan bu günə qədər keçirilən matçlarda bizə çox köməyi dəyə bilərdi. Onun zədələnməsi planlarımızı pozdu. Mövsümün əvvəlindən hədəfimiz Birinci Liqaya vəsiqə qazanmaqdır. Təbii ki, çox istərdim ki, çempion kimi buna nail olaq. Qismət belə oldu. Pley-off-da rəqib kim olur olsun, çalışacağıq ki, komandanı yenidən Birinci Liqaya qaytaraq. Yaradılan şəraitə görə, "Qaradağ Lökbatan" Birinci Liqada çıxış etməyə layiq ola komandadır. Liqada bu cür bazası, şəraiti olan klub sayı azdır. "Qaradağ Lökbatan"la olan müqaviləm mayın sonunda başa çatır. Bundan sonra rəhbərlik qərar verəcək. Hələ ki, özümün qarşısında məqsədim var - komandanı Birinci Liqaya daşımaq. Bundan sonra işləyəcəyəm ya yox, sonrakı mərhələdir. Hazırda onu fikirləşmirəm".Qeyd edək ki, II Liqada mövsümün başa çatmasına 2 tur qalıb və lider "Xankəndi" turnir cədvəlində Lökbatan təmsilçisini 3 xal qabaqlayırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
sport24.az

1Mənbələr