Rusiya Federasiyasının cənub bölgələrinin hava limanları, pilotsuz uçuş aparatlarının (PUA) “Cənubi Rusiyanın Aeronaviqasiyası” binasına düşməsindən sonra mayın 12-dək bağlı olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri “Rosaviasiya”nın bəyanatına istinadən xəbər verir.
Qurumda eyni zamanda qeyd ediblər ki, müvafiq sərəncam daha tez ləğv edilə bilər.
“Rosaviasiyanın əvvəllər buraxdığı cənub hava limanlarına uçuşların mayın 12-dək dayandırılması barədə sənəd (NOTAM) müddətin qısaldılması istiqamətində yenidən nəzərdən keçirilə bilər” – bəyanatda qeyd olunub.
***
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatının (PUA) “Aeronaviqasiya”nın inzibati binasına düşməsi səbəbindən Rusiyanın cənubundakı 13 hava limanının fəaliyyəti dayandırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri RF Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Rusiyanın cənubunda hava hərəkətini idarə edən Rostovdakı regional mərkəzin fəaliyyəti Ukrayna PUA-larının “Cənubi Rusiyanın Aeronaviqasiyası” filialının inzibati binasına düşməsi səbəbindən müvəqqəti olaraq tənzimlənib”, – məlumatda deyilir.
Məlumata görə, “Cənubi Rusiyanın Aeronaviqasiyası” filialının heyəti təhlükəsiz yerdədir. Hazırda avadanlığın işləmə qabiliyyətinin təhlili aparılır.