AZ

Dövlət torpaq sahələrinin icarə haqqının müəyyənləşdirilməsi üçün əmsallar müəyyənləşib

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlət torpaq sahələrinin illik icarə haqqı məbləğinin müəyyən edilməsində tətbiq ediləcək əmsallar müəyyənləşib.

Banco.az xəbər verir ki,  Nazirlər Kabineti bu barədə qərar verib.

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlət torpaq sahələrinin illik icarə haqqı məbləği torpağın bazar dəyərinin Bakı şəhəri üzrə 3 faizinə, ölkənin digər şəhər və rayonları üzrə 2 faizinə göstərilən əmsallar vurulmaqla müəyyən ediləcək.

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlət torpaq sahələrinin illik icarə haqqı məbləğinin müəyyən edilməsində tətbiq edilən əmsallar

Seçilən
0
5
banco.az

10Mənbələr