AZ

F1ə rekord sayda könüllü müraciəti

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün könüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, 72 saat ərzində 49 000 müraciətin daxil olması Azərbaycan Qran-prisi tarixində qeydə alınmış ən yüksək nəticə olub.

Bu rəqəm 2024-cü ildə 16 000, ötən il isə 31 000 təşkil etmişdi.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
8
bakivaxti.az

10Mənbələr