AZ

Lavrovdan Qələbə Günü ilə bağlı sərt mesaj: “Aman verilməyəcək” – VİDEO

Lavrovdan sərt xəbərdarlıq: “Qələbə Gününü pozmağa cəhd edənlərə aman verilməyəcək”

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 9 May – Qələbə Gününün keçirilməsinə qarşı yönəlmiş hər hansı təxribat cəhdləri ilə bağlı xəbərdarlıq edib. O, bayram tədbirlərini pozmağa cəhd edəcək tərəflərin Moskvanın çox sərt cavabı ilə qarşılaşacağını vurğulayıb.

Lavrovun sözlərinə görə, Rusiya hakimiyyəti Qələbə Günü tədbirlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görüb və bu bayramı təhlükə altına qoymağa çalışanlara qarşı güzəşt olmayacaq.

Дополнение: Rəsmi Moskva təhlükəsizlik tədbirlərini gücləndirməkdə davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr