Simsiz qulaqlıqlardan istifadə zamanı istifadəçilər bəzən yüngül elektrik “zərbələri” hiss edə bilərlər.
Publika.az xəbər verir ki, bu barədə BGR nəşri məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, bu hal qulaqlıqların statik elektrik yığması və insan dərisi ilə təmasda boşalması nəticəsində baş verir. Qeyd olunur ki, bu cür zəif elektrik boşalmaları sağlamlıq üçün təhlükəli deyil, lakin narahatlıq yarada bilər.
Problemin qarşısını almaq üçün havanın rütubətinin artırılması, antistatik spreylər və losyonlardan istifadə, həmçinin təbii parçalardan hazırlanmış geyimlərin seçilməsi tövsiyə olunur. Xüsusilə quru hava şəraitində, xüsusilə də qış aylarında bu riskin daha yüksək olduğu vurğulanır.