İran Hərbi Dəniz Qüvvələri xüsusi əməliyyat keçirərək "Ocean Koi" neft tankerini nəzarətə götürüb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı İranın "Tasnim" agentliyi yayıb.
"İran İslam Respublikasının dəniz desantları keçirdikləri xüsusi əməliyyat nəticəsində neft ixracını pozmağa cəhd edən və İran xalqının maraqlarına zərər vuran qanunsuz "Ocean Koi" tankerini ələ keçiriblər", - agentliyin yaydığı rəsmi məlumatda bildirilir.
Əməliyyatın təfərrüatları barədə əlavə məlumat verilməyib.
Musavat.com