AZ

Venesiya Biennalesinin prezidenti Azərbaycanın iştirakını yüksək qiymətləndirib

Venesiya Biennalesi beynəlxalq incəsənət sərgisi çərçivəsində təqdim olunan Azərbaycanın “Diqqət” layihəsi sərgimizin konsepsiyası ilə tam uyğunluq təşkil edir və ziyarətçilərə yalnız milli kimlikdən qaynaqlanmayan, eyni zamanda dərin mənəvi gücə malik olan bir yaradıcı seçimin mahiyyətini hiss etməyə imkan yaradır.

Venesiya Biennalesinin prezidenti Pyetrancelo Buttafuoko bu fikirləri AZƏRTAC-a müsahibəsində deyib. O, Azərbaycanın iştirakını yüksək qiymətləndirib və ölkəmizin yaradıcılığa, dialoqa və estetik gözəlliyə verdiyi töhfəni xüsusi vurğulayıb.

“Bu yaradıcılıq öz gözəlliyi, zərifliyi və harmoniyası vasitəsilə insan ruhuna təsir edir və məhz bu xüsusiyyətlər əsasında burada nümayiş olunan möhtəşəm sənət əsərləri formalaşır. Bu əsərlər Azərbaycan mədəniyyətinə məxsus xüsusi estetik dəyərləri və özünəməxsus sənət baxışını əks etdirərək, onu beynəlxalq incəsənət məkanında unikal və seçilən bir mövqeyə yüksəldir. Venesiya Biennalesi Azərbaycanı özünün ən mühüm və dəyərli tərəfdaşlarından biri kimi görməkdən böyük şərəf duyur”,-deyə Pyetrancelo Buttafuoko bildirib.

Onun sözlərinə görə, sərgidə nümayiş etdirilən Azərbaycan xalçalarında əks olunan rənglər və simvollar incəsənətin universal dili vasitəsilə ölkənin mənəvi mahiyyətini dərin şəkildə ifadə edir. P. Buttafuoko bu təqdimatı Azərbaycanın zəngin mədəni kimliyinin parlaq təzahürü kimi qiymətləndirib.

Seçilən
0
2
azerbaijan-news.az

3Mənbələr