Son günlər "İnstagram"da bir çox profilin izləyici sayında azalma müşahidə olunur.
Publika.az xəbər verir ki, bu hal təkcə xəbər səhifələrində deyil, dünya ulduzları və yerli məşhurlar arasında da yaşanıb.
Bir çox tanınmış şəxs bununla bağlı paylaşım edərək, silinən izləyicilərinin sayını açıqlayıb.
Müğənni Nura Suri 16 min 700 izləyicisinin silindiyini bildirib. Hazırda sənətçinin instaqram hesabında 393 min izləyici var.
Aktrisa Zümrüd Qasımova 5 min izləyici itirdiyini açıqlayıb. Onun hazırda 148 min izləyicisi var.