Nigeriyanın Zamfara ştatında yola döşənmiş minanın partlaması nəticəsində 6 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, Zamfara ştatındakı Bageqa-Anka avtomobil yoluna döşənmiş mina sərnişin daşıyan mikroavtobusun keçidi zamanı partlayıb.
Hücuma görə hələlik heç kim məsuliyyəti üzərinə götürməyib. Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də "Boko Haram" və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP-ın hücumları ilə üzləşir.
Ölkədə adam oğurluğu ölüm cəzası ilə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu halları tez-tez baş verir. Silahlı şəxslər tez-tez kəndləri, məktəbləri və səyahətçiləri hədəfə alaraq, fidyə tələb edirlər.