"Hər dəfə diplomatik həll yolu masada olanda ABŞ ehtiyatsız hərbi avantürizmi seçir".
"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi özünün X səhifəsində yazıb.
"Bu, kobud təzyiq taktikasıdır, yoxsa ABŞ prezidentini yenidən yeni bir bataqlığa sürükləyən başqa bir qeyri-sabitləşdirici fəaliyyətin nəticəsidir? Səbəbləri nə olursa olsun, nəticə eynidir: iranlılar heç vaxt təzyiq qarşısında boyun əymirlər", - deyə Əraqçi qeyd edib.
Xatırladaq ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazından keçən Amerika esminetslərinə edilən hücumlara cavab olaraq İran hərbi obyektlərinə zərbələr endirildiyini açıqlamışdı.
Ağarza Elçinoğlu