AZ

Qalmaqallı sektor müdiri işdən ÇIXARILDI

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ucar Təhsil Sektorunda vakant olan müdir vəzifəsinə yeni təyinat həyata keçirilib.

Redaktor.az nocomment.az-a istinadla xəbər verir ki, Məhəmmədov İsmayıl Həsən oğlu Ucar rayon Təhsil sektorunun yeni müdiri təyin edilib. O, bu vəzifədə keçmiş müdir Rahib Burcəliyevi əvəzləyib.

Məlumata görə, təyinatla bağlı müvafiq əmri Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov imzalayıb.

Qeyd edilib ki, keçmiş müdir Rahib Burcəliyev ötən ilin birinci rübündə baş verən hadisə ilə bağlı qurum tərəfindən xəbərdarlıq almışdı. Hadisə zamanı məktəbdə 9-cu sinif şagirdinin sinif yoldaşını bıçaqlaması qeydə alınmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
redaktor.az

5Mənbələr