ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Daşkəsən, 8 may, AZƏRTAC
Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan yunan-Roma güləşi üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, idman tədbiri Rayon İcra Hakimiyyəti, Daşkəsən rayonu üzrə gənclər və idman, eləcə də təhsil sektorlarının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Turnirin məqsədi Ulu Öndərin zəngin siyasi irsinin və dövlətçilik ideyalarının gənc nəslə aşılanması, vətənpərvərlik ruhunun gücləndirilməsi, habelə yeniyetmələr arasında yunan-Roma güləşinin təbliği, sağlam həyat tərzinin təşviqi və perspektivli idmançıların üzə çıxarılması olub.
Gərgin mübarizə şəraitində keçən yarışda 14 çəki dərəcəsində 70-ə yaxın idmançı iştirak edib. I, II və III yerləri tutanlar Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunub.
Müxbir – Vüsalə Cənnətova




Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.