AZ

UNEC də elmi praktiki konfrans keçirilib FOTOLAR

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

UNEC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” adlı elmi-praktiki konfrans keçirilib.

Modern.az xəbər verir ki, tədbirdən öncə UNEC kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra konfransın qonaqları ilə birlikdə Ulu Öndərin UNEC-də ucaldılan büstü önünə əklil qoyulub. 

Sonra konfrans iştirakçıları UNEC Kitabxana-İnformasiya Mərkəzi tərəfindən Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş kitablar, həmçinin UNEC Dizayn Məktəbinin tələbələrinin əl işlərindən ibarət rəsm əsərləri ilə tanış olublar.

Konfransın rəsmi açılışında giriş sözü ilə çıxış edən Elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elm və təhsilinin inkişafındakı xidmətlərindən bəhs edib. O bildirib ki, Ulu Öndərin rəhbərliyi dövründə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində ümumtəhsil və ali təhsil sistemində mühüm nailiyyətlər əldə olunub, məktəblərin və ali təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilib. R.Rzayev qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası bu gün də Azərbaycanın davamlı inkişafına və milli tərəqqisinə xidmət edir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev çıxışında Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə yüksəkixtisaslı kadr hazırlığı istiqamətində həyata keçirilən islahatlara diqqət çəkib. O bildirib ki, elm və təhsil infrastrukturunun yenilənməsi, gənc tədqiqatçıların dəstəklənməsi və rəqabətqabiliyyətli kadr hazırlığı bu gün də Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Milli Məclisin deputatı Sadiq Qurbanov isə Ulu Öndər Heydər Əliyevin ölkənin iqtisadi və sosial sahələrinin inkişafına verdiyi mühüm töhfələrdən danışıb. O vurğulayıb ki, Azərbaycanın bu gün əldə etdiyi uğurlar məhz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun məntiqi nəticəsidir.

Heydər Əliyevin Azərbaycanın müasir dövlətçiliyinin formalaşmasındakı müstəsna rolundan bəhs edən Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun bu gün də ölkənin bütün sahələrində uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Sonra “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov “Elm və təhsilin inkişafında Heydər Əliyev strategiyası” mövzusunda məruzə ilə çıxış edib.

Konfrans öz işini “Elm və innovasiya siyasəti”, “Təhsil və insan kapitalı”, “Milli tərəqqi və davamlı inkişaf” mövzularında bölmə iclasları ilə davam etdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
6
modern.az

7Mənbələr