AZ

Qəzzada dağıntılar altında 8 000 cəsəd var


Qəzza zolağında dağıdılmış binaların dağıntıları altında ən azı 8000 cəsəd qalıb və onların tapılması avadanlıq və maşın çatışmazlığı səbəbindən çətinləşir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The National” qəzeti Qəzzanın mülki müdafiə üzrə xüsusi nümayəndəsi Mahmud Bassala istinadla məlumat verib.
Onun sözlərinə görə, mövcud avadanlıqlar çox köhnəlib və iki illik döyüşlərin yaratdığı böyük dağıntıların öhdəsindən gələ bilmir.
“Rəqəmlər daha yüksək ola bilər. Çünki hər gün yeni adlar məlum olur”, - o bildirib.
Bassala əlavə edib ki, mövcud vəziyyət gəmiricilərin və sahibsiz heyvanların çoxalmasına səbəb olur ki, bu da xəstəliklərin yayılma riskini yaradır.
Qəzet qeyd edir ki, İsrail Qəzza zolağından dağıntıların təmizlənməsi üçün lazım olan avadanlıqların gətirilməsinə icazə verməkdən imtina edir və yalnız siçovullara qarşı vasitələrin idxalına razılıq verir.
BMT-nin məlumatına görə, Qəzza zolağında 61 milyon tondan çox dağıntı qalıb və indiyə qədər dağıntıların 1%-dən azı təmizlənib.
İsrailin minlərlə hava hücumu, yerdəki döyüşlər və nəzarət edilən partlayışlar anklavda 123 mindən çox binanı dağıdıb və daha 75 min binaya müxtəlif dərəcələrdə ziyan vurub ki, bu da Zolaqdakı bütün binaların 81%-ni təşkil edir.
“The Wall Street Journal” qəzeti isə dağıntıların təmizlənməsinin 1 trilyon dollara başa gələcəyini təxmin edir.
Seçilən
11
3
yeniavaz.com

4Mənbələr