AZ

Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ ordusunun Cask limanı və Hörmüz boğazı yaxınlığında iki İran tankerinə hücumunu pisləyib.

Herbiand.az -ın məlumatına görə, İran XİN-in yaydığı bəyanatda bildirilib ki, bu hücumlar atəşkəs barədə razılaşmanın və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır.

Qeyd olunub ki, İran ordusu bu hücumlara cavab verib və qarşı tərəf öz məqsədlərinə çata bilməyib.

İran XİN ABŞ rəsmilərinin mövqeyini tənqid edərək, Vaşinqtonun Fars körfəzi və Oman dənizindəki hərbi mövcudluğunun regionda təhlükəsizliyə xidmət etmədiyini, əksinə qeyri-sabitliyi artırdığını vurğulayıb.

Rəsmi Tehran BMT Baş katibini və Təhlükəsizlik Şurasını üzərlərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırıb.

“İran region dövlətlərini qarşılıqlı etimada əsaslanan, xarici qüvvələrin müdaxiləsindən uzaq təhlükəsizlik mexanizmi yaratmağa dəvət edir”, - bəyanatda deyilir.

Seçilən
5
6
herbiand.az

7Mənbələr