Bakı, 8 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş veteranlar arasında minifutbol turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan final oyununda "Milli" və "Qarabağ" komandaları üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan "Qarabağ" kollektivi turnirin qalibi olub - 4:3.
Müxbir - Cavid Əliyev