AZ

Türkiyə Müdafiə Nazirliyi “EFES 2026” təlimlərindən yeni kadrları təqdim edib

ain.az bildirir, Azertag portalına istinadən.

Ankara, 8 may, AZƏRTAC

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin də qatıldığı “EFES-2026” çoxmillətli təlimlərdən yeni kadrları paylaşıb.

AZƏRTAC xəbər verir ki, Kartal rayonundakı təlimlər şəhər mühitində birgə əməliyyatın keçirilməsini əhatə edirdi.

Bu mərhələdə Türkiyə hərbçiləri ilə yanaşı, onların Azərbaycan, Qırğızıstan, Liviya, Macarıstan, Şimali Makedoniya, Monqolustan, Niger, Pakistan, Rumıniya, Suriya və Zambiyadan olan həmkarları da iştirak edirdi.

“EFES-2026” təlimlərinin əsas məqsədi genişmiqyaslı əməliyyatlar zamanı iştirakçı ölkələrin bölmələri arasında koordinasiyanı gücləndirmək, döyüş hazırlığını artırmaq və hərbi personalın praktiki bacarıqlarını təkmilləşdirməkdir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
4
azertag.az

5Mənbələr