AZ

Onlar da minlərlə izləyici itirdi 

İnstaqramın bot hesablarını qlobal olaraq təmizləməsi sosial mediada böyük səs-küyə səbəb olub. Əməliyyatdan sonra Kayli Cenner, Kriştiano Ronaldo və Ariana Qrande kimi məşhur adların milyonlarla izləyicisini itirdiyi məlum olub. 

Musavat.com xəbər verir ki, azərbaycanlı məşhurlar da minlərlə izləyici itirdiyini açıqlayıb.

Müğənni Nura Suri 16 min 700 izləyicisinin silindiyini bildirib. Hazırda sənətçinin instaqram hesabında 393 min izləyici var.

Aparıcı İlkin Həsəni isə 30 min izləyicisinin silindiyini bildirib. Hazırda 549 min izləyicisi olan İlkin "Bu, hər ciddi hesabın başına gəlir" sözlərini qeyd edib.

Müğənni Aysel Əlizadə 33 min 432 izləyicisinin yoxa çıxdığını paylaşıb. Onun hazırda 673 min izləyicisi var.

Müğənni Ayan Babakişiyeva da 56 min izləyicisinin yox olduğunu deyib. 

Aktrisa Zümrüd Qasımova 5 min izləyici itirdiyini açıqlayıb. Onun hazırda 148 min izləyicisi var.

Aktrisa Ülviyyə Xalinbekova bildirib ki, minlərlə izləyici itirib:

"Keçən il birdən-birə 40 min izləyici silindi. 941 mindən 901 minə düşdüm. İndi isə 922 mindən 886 minə düşmüşəm. Nə baş verir?"

Aktrisa Uzel Kərimova isə 11 min izləyici itirdiyini qeyd edib:

"11 min izləyicim bir anda silindi. Ətrafımda çox adamda silinmələr olub. Nə baş verir axı?"

Bloqer Aysel Həsəni də izləyici itirənlərdəndir. 

"Çox maraqlıdır ki, dünən səhifəm 377 min idi. Bu gün 372 min olub. Nə baş verir?", - deyə bildirib. 

Könül,
Musavat.com

Seçilən
7
1
musavat.com

2Mənbələr