AZ

Dövlət Komitəsində Heydər Əliyevin 103-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Publika.az-a komitədən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev tədbiri giriş sözü ilə açıb. Müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xalqın qarşısında tarixi xidmətlərini qeyd edən, onun siyasi-strateji xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük nailiyyətlər qazandığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri bu amilin Azərbaycanın hərtərəfli inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətçiliyinin təhlükədə olduğu bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaqdan xilas edib. Milli birlik və həmrəylik üçün fədakarlıqla çalışan Ulu Öndər torpaqların işğaldan azad olunacağına dair hər zaman sarsılmaz inam nümayiş etdirib, həmçinin qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasını və sosial müdafiəsini dövlətin ali hədəfi kimi müəyyənləşdirib.

Ulu Öndərin arzularının gerçəkləşdirilib: torpaqlar işğaldan azad edilib, ölkənin ərazi bütövlüyü və dövlət suverenlyi tam təmin olunub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə könüllü, təhlükəsiz və ləyaqətlə dogma yurda qayıdışı həyata keçirilir. Hazırda həmin ərazilərdə yaşayanların, işləyənlərin və təhsil alanların sayı 80 min nəfərdən çoxdur.

Seçilən
110
12
publika.az

10Mənbələr