AZ

Belarus Tixanovskayanın həbsini istədi, İrəvan imtina etdi

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Belarus hakimiyyəti müxalifət lideri Svetlana Tixanovskayanın Ermənistanda dövlətlərarası axtarış sorğuları vasitəsilə həbs olunmasına cəhd edib.

Axar.az xəbər verir ki, bu barədə "Zerkalo" məlumat yayıb.

“Ermənistan hakimiyyəti bu sorğunu rədd edərək ona dövlət təhlükəsizliyi, rəsmi qəbul və yüksək səviyyəli müşayiət təmin edib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Svetlana Tixanovskaya İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitində iştirak edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
axar.az

1Mənbələr