“Sonsuzadək izinizdəyik!” - Kursantlardan Ulu Öndərlə bağlı fləşmob - FOTO - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının kursantları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan fləşmob keçirib. Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, fləşmobda “Hər zaman qəlbimizdə...” və “Sonsuzadək izinizdəyik!” kompozisiyası nümayiş olunub.