AZ

"Söz verirəm ki, kuboku buraya gətirmək üçün hər şey edəcəyik" - Oliver Qlasner

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyununda üstələdiyi (3:1) Donetsk "Şaxtyor"unu dünən baş tutan cavab qarşılaşmasında da 2:1 hesabı ilə məğlub edərək finala yüksələn "Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasner Londondakı görüşün ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "TNT Sports" belə çatdırıb:

"Həqiqətən möhtəşəm ab-hava fonunda unudulmaz mübarizə izlədik. "Şaxtyor"un nə dərəcədə yaxşı komanda olduğunu hamı gördü. Bu, mənim oyunçularımın böyük xidmətidir. Uşaqlar planauyğun oynadılar, səylə çalışdılar. Söz verirəm ki, finalda qalib gəlib kuboku buraya gətirmək üçün hər şey edəcəyik".

"Kristal Pelas" Almaniyanın Leyptsiq şəhərindəki "Red Bull Arena"da keçiriləcək finalda "Rayo Valyekano" ilə üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 27-də reallaşacaq.

Nihat

Seçilən
5
1
fanat.az

2Mənbələr