AZ

Myanmada 2,2 kiloqram ağırlığında yaqut tapılıb

Myanmada 2,2 kiloqram (11 min karat) ağırlığında nəhəng bənövşəyi-qırmızı yaqut tapılıb.

“Bloomberg” agentliyinin məlumatına görə, yerli hakimiyyət orqanları bənövşəyi-qırmızı daşı son dərəcə böyük və nadir tapıntı adlandırıb. Daş rəngi və keyfiyyətinə görə 1996-cı ildə tapılan 21,45 min karatlıq yaqutdan daha qiymətli hesab olunur. Qiymətli daşın təxmini dəyəri açıqlanmır.

Xatırladaq ki, 2015-ci ildə Myanmada aşkarlanan 25,59 karatlıq yaqut Cenevrədə keçirilən Sotheby's hərracında 30,33 milyon dollara satılıb.

Seçilən
1
2
azerbaijan-news.az

3Mənbələr