AZ

İstanbulda “SAHA 2026” hərbi sərgisinin bağlanış mərasimi keçirilib

İstanbulda Avropanın ən böyük hərbi sərgisi olan “SAHA 2026” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisinin bağlanış mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, dövlət rəsmləri iştirak edib.
Sərginin rəsmi hissəsi başa çatıb, sabahdan sərgi ziyarətçilər üçün açıq olacaq.
Qeyd edək ki, 120-dən çox ölkənin qatıldığı sərgidə 263-ü beynəlxalq olmaqla 1700-dən çox şirkətin məhsulları nümayiş etdirilib.
Sərgidə 140-dan çox rəsmi heyət, 800-dən artıq rəsmi heyət üzvü, 200-dən çox ticarət nümayəndə heyəti iştirak edib.
Azərbaycan bu il sərgidə 12 şirkət və qurumla təmsil olunub./report/
Seçilən
39
yenicag.az

1Mənbələr