“Bavariya” “Nyukasl”ın futbolçusu Antoni Qordon üçün danışıqları davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu 25 yaşlı vingerə görə 75-85 milyon avro tələb edir.
Almaniya təmsilçisi isə bu məbləği yüksək hesab etdiyindən tərəflər arasında razılıq əldə olunmayıb.
“Nyukasl” futbolçu ilə maraqlanan digər klublarla da təmaslarını davam etdirir.