AZ

Şahmatçılarımız dünya çempionatında mübarizə aparırlar

İspaniyanın Roquetas de Mar şəhərində 20-ci ICCD Eşitmə Məhdudiyyətli İdmançılar arasında Dünya Şahmat Çempionatı keçirilir.

90deqiqe.Az xəbər verir ki, dünyanın 27 ölkəsindən 200-dən çox şahmatçının iştirak etdiyi nüfuzlu yarışda Azərbaycanı deflimpiyaçı şahmatçılar Əhəd Əfəndiyev və Rüfət Nəcəfov təmsil edirlər.

Qeyd edək ki, mayın 15-dək davam edəcək bu nüfuzlu turnir beynəlxalq səviyyədə eşitmə məhdudiyyətli idmançıların ən əhəmiyyətli zəka yarışı hesab olunur.

 

Seçilən
12
3
90deqiqe.az

4Mənbələr