AZ

Suraxanıda Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd edildi

Mayın 8-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev irsi və müasir Azərbaycan” adlı tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatı, İntizam komissiyasının sədri, Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədri, tibb elmləri doktoru, professor Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov, poeziyası ilə könüllərdə iz qoyan, ədəbiyyatımıza dəyərli töhfələr vermiş, respublikanın xalq şairi Vahid Əziz, rayonumuzdan Milli Məclisə seçilmiş deputatlar Afət Həsənova, Sevinc Fətəliyeva, Qaya Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir iştirakçıları Suraxanı rayonu ərazisində yerləşən Heydər Əliyev parkında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Daha sonra Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərə həsr olunmuş sənədli film nümayiş olunub.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı müstəsna xidmətlərindən, zəngin və çoxşaxəli siyasi irsindən danışıb. Bildirib ki, dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalqın sonsuz məhəbbətini qazanan böyük şəxsiyyət kimi əbədi yaşayacaq. Qeyd olunub ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin müstəqilliyinin möhkəm təməli qoyulub, dövlətçilik ənənələri daha da gücləndirilib.

Seçilən
5
5
publika.az

2Mənbələr