AZ

Rəqəmsal xidmət şirkətləri DVX-də uçota alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən elektron ticarətin vergiyə cəlb olunması istiqamətində həyata keçirilən islahatlar çərçivəsində rəqəmsal xidmət təqdim edən xarici şirkətlərin ƏDV məqsədləri üçün vergi uçotuna alınması prosesi davam etdirilir.

Dövlət Xidmətinin məlumatına görə, 2026-cı ildə daha 3 beynəlxalq şirkət elektron qaydada DVX-nin portalında vergi uçotuna alınıb. Bunlar İsveçrənin “Epic Games Commerce GmbH”, Almaniyanın “Contabo GmbH”  və ABŞ-nin “Chess.com LLC” şirkətləridir. Beləliklə də elektron qaydada vergi uçotuna alınmış rəqəmsal xidmət təqdim edən qeyri-rezidentlərin sayı 10-a çatıb. Məlumatda o da qeyd olunur ki, bu, həmin şirkətlərdən xidmət alan fiziki şəxslər üçün əlavə ƏDV tutulmasının aradan qaldırılması deməkdir. Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə əsasən, vətəndaşların ödənişləri zamanı banklar artıq əlavə ƏDV məbləği hesablamır.

Qeyri-rezident şirkətlərin ƏDV qeydiyyatı ötən ildən başlayaraq Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində yaradılmış xüsusi portal vasitəsilə həyata keçirilir. Portal beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb və əsas məqsədi transmilli şirkətlər üçün məsafədən və sadələşdirilmiş uçot imkanlarının yaradılması, həmçinin onların fəaliyyət göstərdikləri ölkədə yaranan ƏDV öhdəliklərinin bəyan edilməsini və ödənilməsini təmin etməkdir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
2
8
azerbaijan-news.az

10Mənbələr