AZ

Bu rayonlarda qaz olmayacaq

Mayın 12-də Hacıqabul və Neftçala rayonlarının bəzi qəsəbə və kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonu Muğan qəsəbəsinin, həmçinin Neftçala rayonu Boyad və Ballıcallı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mətləb

Seçilən
10
16
sia.az

10Mənbələr