Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyalı müğənni Qriqori Leps uzun illərdir tətbiq etdiyi qidalanma rejimindən danışıb.
“Yeni Sabah” xəbər verir ki, sənətçi rus mediasına açıqlamasında artıq 25 ildir səhərlər yemək yemədiyini deyib. O bildirib ki, hətta konsertdən əvvəl də qidadan uzaq durur:
“Mədəm boş olanda özümü daha rahat hiss edirəm. Günorta saatlarında isə enerjimi qorumaq üçün az miqdarda protein qəbul edirəm – əsasən balıq və ya qaynadılmış toyuq filesi”. Marqarita pizza
İfaçı qeyd edib ki, bu rejim ona həm fiziki formasını saxlamağa, həm də xüsusilə gərgin konsert proqramları zamanı orqanizmi yormamağa kömək edir.
Leps əlavə edib ki, idman artıq həyat tərzinə çevrilib. Müğənninin evində şəxsi idman zalı və hovuz olsa da, o, ən vacib vərdişinin gündəlik gəzinti olduğunu vurğulayıb.
Əsmətxanım Rzazadə
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.