AZ

ABB beynəlxalq istiqraz buraxılışını nəzərdən keçirir

Azərbaycan Beynəlxalq Bankı (ABB) beynəlxalq istiqraz buraxılışını həyata keçirməyi nəzərdən keçirir. Bu barədə bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına həsr olunmuş mətbuat konfransında məlumat verib. O bildirib ki, bununla bağlı bir sıra ölkələrdə fəaliyyət göstərən tərəfdaş banklara müraciətlər ünvanlanıb. Həmin banklar əsasən Körfəz ölkələrini əhatə edir.

“Əgər təklif olunan şərtlər maraqlarımıza uyğun olarsa, ilin sonuna doğru xarici bazarlarda — xüsusilə İngiltərə, İrlandiya və digər ölkələrdə qeydiyyatdan keçmiş istiqrazların buraxılışını həyata keçirəcəyik. Yekun qərar isə cari ilin birinci yarısının sonunadək veriləcək”, - deyə Abbas İbrahimov əlavə edib.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
34
azerbaijan-news.az

1Mənbələr