AZ

PSJ nin baş məşqçisi oyunçuları ad gününə yığdı, özü getmədi

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paris Sen-Jermen-in baş məşqçisi Luis Enrike 56 yaşını qeyd etmək münasibətilə komanda futbolçularını Prunier restoranına dəvət edib, lakin özü tədbirə qatılmayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Enrike Triumf Arki yaxınlığında yerləşən restoranda masa bron edib və futbolçulara onun iştirakı olmadan günü qeyd etməyə imkan verib.

İspan mütəxəssis 2023-cü ildən Paris klubuna rəhbərlik edir. Onun rəhbərliyi altında komanda iki dəfə Fransa çempionu və Fransa Kubokunun qalibi olub, üç dəfə ölkə Superkubokunu qazanıb, həmçinin UEFA çempionlar Liqasının, UEFA Super Kuboku və Dünya Kuboku turnirlərində də qalib gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
3
lent.az

4Mənbələr