AZ

"Qarabağ"ın bacarmadığını yeni çempion necə etdi?

Premyer Liqanın yeni çempionu "Sabah" Şamaxı səfərində bir nəfəsə qalib gəldi - 3:0.

Bir çoxları "tələbələr"in bu mövsüm əldə etdiyi uğuru daha çox legioner limitinin ləğvinə bağlayır.

Düzdü, işin içində bu da var.

Amma digər məqamları da görməzdən gəlmək olmaz.

Məsələn, baş məşqçinin Valdas Dambrauskas olması...

Heyətə Velko Simiç Timoteuş Puxaç, Aron Maluda kimi bacarıqlı oyunçuların heyətə cəlb edilməsi kimi.

Xüsusilə yuxarıdakı üçlü meydandadırsa, qəti qorxusu yoxdur.

Şamaxı səfəri də bu fikrimizi əyani təsdiqlədi.

Əvvəlki oyunlarda "tələbələr" meydana 10 legionerlə çıxırdısa, bu dəfə start heyətində 3 azərbaycanlı yer alırdı.

Fasilə ərəfəsində say 4 oldusa, son 10 dəqiqədə say 6-ya qalxdı. Amma işlək mexanizm dəyişmədi.

"Sabah" eyni sürəti, eyni məzmunda çıxışını sərgiləməyə davam etdi.

Hətta Puxaçın zədələnib meydanı tərk etməsi də litvalı mütəxəssisin sisteminə mane olmadı.

Kimsə rəqibin zəif olmasını qabarda bilər. Bu da haqlı arqument deyil.

"Şamaxı" 8-ci pillədə olsa da mövsümün ən bərk komandalarından biridir.

Cəmi 2 tur əvvəl "Qarabağ" və "Zirə"dən xal almağı bacarıb.

Ayxan Abbasovun yetirmələrini belə asanlıqla məğlub etmək, özü də səfərdə heç də asan məsələ deyil.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
23
sportinfo.az

1Mənbələr