AZ

Meksikada məktəblilər Dünya Çempionatına görə tətilə 40 gün tez çıxacaqlar

Meksika hökuməti Dünya Kuboku səbəbindən tədris ilini təxminən 6 həftə tez başa vurmaq qərarına gəlib.

Herbiand.az bildirir ki, bu barədə ölkənin Təhsil Nazirliyinin sözçüsü Mario Delqado məlumat verib.

Qeyd edilib ki, şəhərə çoxlu azarkeş gələcək, nəqliyyatın işində dəyişiklik olacaq. Qərar şagirdlərin təhlükəsizliyi üçün verilib. Digər bir amil isə 40 dərəcəyə qədər istinin olmasıdır.

Tətilin 15 iyulda başlaması planlaşdırılırdı, lakin Təhsil Nazirliyi tarixi 5 iyuna, Meksika, Kanada və ABŞ-da keçiriləcək Dünya Çempionatının ilk oyunundan 6 gün əvvələ keçirmək qərarına gəlib.

Meksika turnirin 13 oyununa ev sahibliyi edəcək. Oyunlar Qvadalaxara, Mexiko və Monterrey şəhərlərində keçiriləcək.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
17
herbiand.az

1Mənbələr