AZ

Ağcabədidə şadlıq evində nöqsanlar aşkar edilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, B. Sərdarov küçəsi ünvanında fəaliyyət göstərən və sahibkar Pərviz Əlayiq oğlu Quliyevə məxsus olan “7 Gözəl ” şadlıq evində yoxlama həyata keçirilib.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı şadlıq evində etiket məlumatları olmayan qida məhsullarının istehlaka təqdim edildiyi, təmizləmə və dezinfeksiya işlərinin aparılmadığı, istifadə olunan suyun filtrdən keçmədiyi, işçilərin gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən olunub.

Nöqsanlarla bağlı sahibkar barəsində İnzibati Xəta haqqında Protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib.

Seçilən
0
9
yeniazerbaycan.com

10Mənbələr