Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Hantavirus epidemiyasından təsirlənən MV Hondius kruiz gəmisindəki əcnəbilər, təcili tibbi yardıma ehtiyac olmadığı təqdirdə, simptomları olsa belə, İspaniyanın Kanar adalarına çatdıqdan sonra öz ölkələrinə təxliyə ediləcəklər. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İspaniya səhiyyə naziri Monika Qarsiya bildirib."Davam edən əməliyyatımızın bir hissəsi olaraq, əcnəbilər təxliyə ediləcək və geri qaytarılacaq", - deyə o, bildirib.Nazir aydınlıq gətirib ki, gəmi Kabo-Verdedən Kanar adalarına yola düşərkən bu nəqliyyat vasitəsində olan heç kimdə heç bir simptom olmayıb.Qeyd edək ki, MV Hondius gəmisinin 10 mayda Kanar adalarına çatacağı gözlənilir. Gəmidəki səkkiz nəfərdə hantavirus testi müsbət çıxıb. Üç sərnişin ölüb, biri isə Cənubi Afrikanın Yohannesburq şəhərindəki xəstəxanada ağır vəziyyətdədir. İnfeksiyanın daha da yayılmasının qarşısını almaq üçün sərnişinlərə kabinələrində qalmaları əmr edilib. Lakin, hantavirusun inkubasiya dövrü bir neçə həftə çəkə bilər və bu da yeni halların tez bir zamanda müəyyən edilməsini çətinləşdirir.Üç həftə əvvəl gəmi Argentinanın Uşuaya şəhərindən son təyinat yeri olan Kanar adalarına yola düşüb. Gəmidə təxminən 150 nəfər var, onların əksəriyyəti ABŞ, Birləşmiş Krallıq, İspaniya və Hollandiya vətəndaşlarıdır. Ekipaj üzvləri arasında bir Rusiya vətəndaşı da var. Gəmi artıq Atlantik okeanındakı bir neçə adada dayanıb.Hantaviruslar əsasən kiçik məməliləri yoluxduran, lakin insanlara da ötürülə bilən viruslar ailəsidir. Ağır hallarda yoluxmuş insanların ağciyərləri zədələnir və onlarda ürək çatışmazlığı və hemorragik qızdırma inkişaf edir.Anar
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.