AZ

"Restoranlarda yer yoxdur, hamı yemək, gəzmək istəyir" - Deputat

"Hər bir ailədə mütləq kitabxana olmalıdır. Hər bir valideyn mütləq övladına kitab oxumalıdır. Eyni proses məktəbdə də getməlidir. Marağı artırmaq üçün maarifləndirmə və təbliğat önəmlidir. Son vaxtlar ölkəmizdə çoxlu sərgilər, çoxlu tədbirlər keçirilir. Hesab edirəm ki, mərhələli şəkildə bu məsələ öz həllini tapacaq və gənclər daha çox mütaliə edəcək, daha çox oxuyacaqlar".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov öz sosial şəbəkəsində açdığı canlı yayım zamanı bildirdi.

Onun sözlərinə görə, gənclər bütün istiqamətlərdən təsir altındadırlar:

"Biri onu radikal dindar etmək istəyir, biri feminist etmək istəyir, biri ateist, biri deist etmək istəyir. Bütün bu təbliğatın fonunda gənc doğru yolu tapıb həmin yolda irəliləməyə çalışmalıdır. Bizim əsas məsələ və mövzu budur. Bizə təqdim olunan həyat isə belədir: “Ye, iç, gəz, yat”. Buna həddindən artıq meyil göstərmək lazım deyil. Təəssüf ki, həyat bu formada təqdim olunduğuna görə restoranlarda yer yoxdur, hamı gəzmək, yemək və vaxt keçirmək istəyir. Amma oxumaq istəyən insan o qədər də çox deyil. Bu da məsələnin başqa bir tərəfidir. Biz nə etməliyik? Təbliğat və maarifləndirmə aparmalıyıq. Ailələr evlərində kitabxana yaratmalıdırlar, uşaqlarına kiçik yaşlarından kitab oxumalıdırlar. Valideyn özü də oxumalıdır. Uşaq valideynin nə etdiyini görəcək və onu təkrarlayacaq. Bu mənada ən birinci nümunə valideynlərdir, ikinci nümunə isə məktəbdir. Məktəb uşaqlara bu istiqaməti göstərməlidir".

NURİYYƏ

Seçilən
67
1
redaktor.az

2Mənbələr