ABŞ-da “Green Card” almaq istəyənlər üçün qaydalar sərtləşdirilir. “The New York Times”ın yaydığı məlumata görə, Tramp administrasiyası müraciət edən şəxslərin sosial şəbəkə fəaliyyətini və siyasi baxışlarını daha ciddi şəkildə yoxlamağa başlayıb. Xüsusilə İsrail və Fələstinlə bağlı paylaşımların diqqət mərkəzində olduğu bildirilir.
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli “Green Card”la bağlı mümkün sərtləşmənin miqrasiyanın zəifləməsinə səbəb olacağını deyib:
“Çünki hər il dünya üzrə on minlərlə insan “Green Card” qazanmaq üçün müraciət edir. Tramp administrasiyasının miqrantlara münasibəti fərqlidir və daha çox miqrant qəbuluna isti yanaşmır. Ümumiyyətlə, Avropada da miqrantlara münasibətin dəyişdiyini müşahidə edirik. Bu baxımdan “Green Card” proqramının ləğvi və ya qaydalarının sərtləşdirilməsi həm müraciətlərin sayına, həm də müraciətlərə verilən müsbət cavabların statistikasına ciddi təsir göstərə bilər. Nəticədə, göstəricilərin kəskin azalacağı ehtimal olunur”.
N.Cəfərlinin fikrincə, ümumi mənada bu məsələ miqrasiya siyasətinin tərkib hissəsidir və Respublikaçılarla Demokratlar arasında bu sahəyə yanaşmada ciddi fərqlər mövcuddur: