AZ

“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” Ağsuda təntənəli tədbir FOTOLAR

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ağsuda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü ilə əlaqədar rəsmi yığıncaq keçirilib və konsert təşkil edilib.Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” mövzusunda rəsmi yığıncaq keçirilib.

 

Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak edib.

Məktəblilərinin ifasında Ulu Öndərə həsr olunmuş şeir kompazisiyası dinlənilib, sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.Yığıncaqda çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsi, demokratik cəmiyyətin formalaşdırılması və ilk Konstitusiyanın qəbulu bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illəri Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ olduğunu vurğulayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə bu sahədə aparılan geniş islahatlar və irimiqyaslı layihələrin həyata keçirilməsindən bəhs edib.

 

Çıxışlarda qeyd edilib ki, Prezident cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi Azərbaycanda şəhərsalma və memarlığın inkişafınaverilən yüksək dəyərin göstəricisidir. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir.

Məhz bu milli birliyimizin təmin edilməsi ölkə Prezidenti tərəfindən həyata keçirildi, torpaqlarımız 30 illik işğaldan sonra azad edildi və respublikamızın suverenliyi bərpa olundu. Hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır.Bundan başqa yığıncaqda Ağsu rayonundan olan Aprel şəhidi Toğrul Fərəczadənin təltif edildiyi “Vətən uğrunda” medalı şəhidin valideynlərinə təqdim olunub.Eyni zamanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar keçirilmiş “Ən yaxşı təqdimat” respublika müsabiqəsinin qalibi olmuş Ağsu şəhər Soltan Umbayev adına 2 saylı tam orta məktəbin şagirdi Xədicə Məmmədova RİH tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb.Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar keçirilən tədbirlərin davamı olaraq rayon Mədəniyyət evində konsert proqramı təşkil edilib. Burada musiqi kollektivlərinin Azərbaycanı, Ümummilli Lider Heydər Əliyevi və Vətən sevgisini vəsf edən rəngarəng ifaları konsert iştirakçılarına mənəvi zövq verməklə bərabər onlarda bu müsiqilərə qarşı xüsusi diqqət və maraq yaradıb.

Bizim.Media, Aran bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
bizim.media

2Mənbələr