AZ

“Barselona” ala bilmədi, ​“Fənərbaxça” transfer edir KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Fənərbaxça” heyətini gücləndirmək üçün “Milan”ın ulduzu Rafael Leanı transfer siyahısına daxil edib.

KONKRET.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı vingeri yay transfer pəncərəsində əsas hədəflərdən biri kimi müəyyənləşdirib. “Fanatik” nəşrinin məlumatına görə,“Milan” futbolçunun satışına razıdır və onun üçün təxminən 50-60 milyon avro civarında təklif gözləyir. Məlumata görə, “Fənərbaxça” bu məbləği qarşılamağa hazırdır və yaxın günlərdə tərəflər arasında rəsmi danışıqların başlanması planlaşdırılır.

Qeyd edək ki, Rafael Lea cari mövsümdə “Milan”ın heyətində 29 oyuna çıxaraq 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Futbolçunun adı “Barselona” ilə də hallanmışdı.\\metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
2
konkret.az

3Mənbələr