AZ

SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı qalmaqal: Fidan Abbasova həbs edildi » AzadMedia.az


SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovın oğlu Orxan İsmayılzadə ilə uzun müddətdir davam edən məhkəmə çəkişməsində yeni mərhələ başlayıb. Orxan İsmayılzadənin övladının anası olduğunu bildirən keçmiş sevgilisi Fidan Abbasova barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Fidan Abbasova hədə-qorxu ilə tələb etmə və xuliqanlıq maddələri ilə ittiham olunur. Şantaj ittihamı üzrə şikayətçi isə Orxan İsmayılzadədir. O iddia edir ki, Fidan Abbasova 2017-ci ildə onlardan 200 min manat pul alıb.

Fidan Abbasova isə ittihamları qəbul etmir. O bildirir ki, barəsində başlanmış cinayət təqibinin əsas məqsədi uşağın atalığı ilə bağlı iddiadan imtina etdirməkdir. Abbasovanın sözlərinə görə, həm birinci instansiya, həm də apellyasiya məhkəmələri uşağın atasının Orxan İsmayılzadə olduğunu təsdiqləyib.

Məlumata görə, tərəflər arasında məhkəmə çəkişməsi illərdir davam edir. Fidan Abbasova daha əvvəl verdiyi açıqlamalarda Orxan İsmayılzadənin DNT ekspertizasından yayındığını və məhkəmənin təyin etdiyi testdə iştirak etmədiyini iddia edib.

2024-cü ildə Sabunçu Rayon Məhkəməsində baxılan “atalığın müəyyən edilməsi və aliment” işi üzrə qərarda azyaşlı uşağın atasının Orxan İsmayılzadə olduğu göstərilmiş, onun aliment ödəməsi barədə hökm çıxarılmışdı.
Seçilən
30
1
azadmedia.az

2Mənbələr