AZ

"Real" iki ulduz barədə qərar verdi

Madridin “Real” klubunda iki aparıcı futbolçu arasında yaşanan gərginlik ciddi cəza ilə nəticələnib. Metbuat.az xəbər verir ki, klubun rəsmi açıqlamasına əsasən, məşq zamanı aralarında mübahisə yaranan Federiko ValverdeOrelyen Çuameni intizam qaydalarını pozduqlarına görə hərəyə 500 min avro məbləğində cərimələnib.Hadisədən dərhal sonra klub rəhbərliyi hər iki futbolçu ilə görüş keçirib. Oyunçular baş verənlərə görə peşman olduqlarını bildirərək həm bir-birlərindən, həm də klubun rəhbərliyindən, məşqçilər heyətindən və azarkeşlərdən üzr istəyiblər.

Klub tərəfindən yayılan məlumatda vurğulanıb ki, hər iki yarımmüdafiəçi komandada qalmaq niyyətindədir və rəhbərliyin verəcəyi bütün qərarları qəbul etməyə hazır olduqlarını bəyan ediblər. Daxili araşdırmanın yekununda isə məsələ bağlanıb və cərimə tətbiq olunub.

Seçilən
31
4
metbuat.az

6Mənbələr