AZ

​“Paşinyan yenidən seçilsə, Rusiya hərbi bazalarının çıxarılması gündəmə gələcək” – Azər Həsrət

"Əlbəttə ki, Paşinyanın Qələbə Paradında iştirakdan imtina etməsi birbaşa siyasi qərardır. Yəni Ermənistan, xüsusilə də Paşinyanın rəhbərliyi dövründə, Rusiyadan tədricən uzaqlaşır və artıq bu proses açıq şəkildə hiss olunur. Mən hesab edirəm ki, Ermənistanda növbəti parlament seçkilərindən sonra Paşinyan hakimiyyətini bir daha rəsmiləşdirərsə, ölkədə yerləşən Rusiya hərbi kontingentinin çıxarılması məsələsi də gündəmə gələ bilər. Ermənistan artıq anlayır ki, Rusiya əvvəlki gücündə deyil və Moskvanın təsir dairəsindən uzaq durmaq onlar üçün daha təhlükəsiz seçim kimi görünür. Azərbaycan isə uzun illərdir balanslı və müstəqil siyasət yürüdərək Rusiyadan müəyyən məsafə saxlamağı bacarıb. Ermənistan isə uzun müddət Kremlin orbitində qalmışdı".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyəcəyini bəyan edib. Ermənistanın baş naziri bu qərarı ölkədə seçkiqabağı prosesin başlanması ilə izah edib və məsələ ilə bağlı əvvəlcədən Vladimir Putinə məlumat verdiyini qeyd edib. Bundan əvvəl isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Paşinyanın tədbirə rəsmi dəvət aldığını açıqlamışdı.

Siyasi şərhçi bildirib ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın xarici siyasət kursunda tədricən dəyişikliklər etməyə başlayıb.

Seçilən
25
50
aznews.az

10Mənbələr