AZ

Baxım evində xəstələrə zorakılıq edən 4 nəfər saxlanılıb

İstanbulda yerləşən yaşlı baxım evində çalışan personalın sakinlərə qarşı zorakılıq etdiyi iddia olunur. 

News365.az xarici mediaya istinadla xəbər verir ki, yayılan görüntülərdə əməkdaşların xəstələrdən birini itələyərək yerə yıxdığı və döydüyü, digər bir xəstəyə isə tüpürdüyü əks olunub.

Hadisə ilə bağlı 4 nəfər saxlanılıb.

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi həmin şəxslərin əmək müqaviləsinə xitam verildiyini və faktla bağlı araşdırmalara başlanıldığını açıqlayıb.


Seçilən
26
news365.az

1Mənbələr